İran İslam Respublikasındakı Azərbaycan türklərinin insan hüquqları ilə bağlı vəziyyət

                                                                                             Yenilənmə nömrəsi 501/2019

17 Mart 2019

İran İslam RespublikasındakıAzərbaycan türklərinin insan hüquqları ilə bağlı vəziyyət

 Giriş:

İran Azərbaycanlılarının İnsan Hüquqlarına dair Asossiasiyası (AHRAZ) 2014-cü ildə Norveçdə yarılmış qeyri-dövlət təkilatıdır. Əsas fəaliyyətlərindən biri, İran Azərbaycanlılarının insan hüquqları ilə bağlı yenilikləri təmin etməkdir. Əsas istiqamətləri qadıb və işçi hüquqları olmaqla yanaşı azadlıqlarından və həyatlarından məhrum olmuş insanlardır. AHRAZ yalnız orijinal və bir çox mənbələr tərəfindən təsdiqlənmiş hesabatları dərc edir.

Türk dillərinin cənub-şərqi dil qrupunda, Azərbaycan türkcəsində danışan İranda ən böyük etnik və dil azlıqları olan İran Azərbaycanlıları İranın şimal-qərbində, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ərazilərində yaşayırlar. Bir çox digər türk əhalisi İranın digər regionlarında, ərazilərində məşkunlaşıblar. Siyasi, mülki, mədəni, dil hüquqlarından məhrum edilmiş bir çox Azərbaycan türkü, onların etnik hüquqlarının tanınması və hörmət olunması üçün İran hökümətinə xahiş edirlər, lakin İran höküməti qarşılığında onların tələblərini rədd edir, onları həbs edib ağır cəzalara məhkum edir, həbsxanada onları istər fiziki, istərsə də ağır dərəcəli psixoloji təzyiqlər, işğəncələrə məruz qoyurlar.

Qısa özət: 

Mövcud yeniləmə on iki azərbaycanlı məhkumun, eləcə də yaxın vaxtlarda Azərbaycan xalqına və ya İranın Azərbaycan ərazisinə mənsub olan 18 öldürülmüş məhkumun vəziyyətini əhatə edir.

Azərbaycanlı aktivistlərin həbsləri:

İranın təhlükəsizlik rəsmiləri 15.01.2019 tarixində Azərbaycan türkü olan aktivist Abbas Lesanini, o, Təbriz İnqilab Məhkəməsi, ll Şöbəsinin prezidenti olduqdan sonra həbs edirlər. Ailəsi və yaxınları tərəfindən davamlı şəkildə axtarışında olunmasından asılı, saxlanılma yeri və hazırkı vəziyyəti ilə bağlı heç bir dəqiq məlumat yoxdur. Onun vəziyyəti getdikcə pisləşir. İran rəsmiləri onun ailəsinin görüş istəklərini rədd edib. Lesaninin aclıq aksiyası ilə birlikdə bu vəziyyətlər onunla bağlı ciddi narahatçılıqlara səbəb olur. 

Təbriz İnqilab Məhkəməsi 12 fevral 2019-cu ildə Lesaninin məhkəməyə müraciətini rədd etib və məhkəmə qərarı 10 ay həbs cəzası ilə “sistemə qarşı və müxalif qrupların mənfəəti üçün təbliğat” ittihamıyla ittiham etib. Ərdəbil Şəhəri İnqilab Məhkəməsinin sifarişi ilə Abbas Lesani 5 Yanvar 2019-cu ildə həbs olunub və 10 ay həbs cəzasını çəkmək üçün Təbriz Həbsxanasına köçürülüb. Lakin, sonra müvəqqəti olaraq azadlığa buraxılıb. 2 İyul 2018-ci ildə İran Kəşfiyyat Nazirliyi, Ərdəbil şəhərindəki səlahiyyətlilər, Abbas Lesanini, Babək Casteldə Azərbaycan türklərinin illik yığıncağına qatıldıqdan bir neçə gün sonra həbs etdi. Daha sonra, 11 İyul 2018-ci ildə yenidən azad olunur. Bu illik yığıncaqda daha çox insanın iştirakını təşviq etmək üçün bir video yayımladı.

Qərbi Azərbaycan əyalətindəki Naghadeh şəhərindən olan üç azərbaycanlı fəal üçün məhkəmə keçirilib. 16 yanvar 2019-cu ildə Naghadeh şəhərində Məhkəmənin 103-cü filialı üç azərbaycanlı fəal olan Olduz Ghasemi, Cavad Əhmədi Yekanlı və Amir Sattari Raoufa qarşı ittihamları nəzərdən keçirmək üçün iclas keçirib. Onların ittihamları “qanunsuz iclasda iştirak etməklə sistemə qarşı təbliğat” olmuşdu. Bu iclasda Amir Sattarari 7 aylıq həbs cəzasını çəkmək üçün Təbriz Həbsxanasında olduğundan qatıla bilməyib. Bu məhkəmə 2006-cı ilin iyun ayında İranda keçirilmiş azərbaycanlıların irqçiliklə bağlı kütləvi etiraz aksiyalarının 12-ci ildönümü ilə bağlı keçirilirdi. Etiraz müddətdə bəzi azərbaycanlı nümayişçilər təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü. Bu üç aktivist daha sonra Kəşfiyyat Nazirliyinin girov yerindən azadlığa buraxılıb. Olduz Qasemi əvvəllər bir neçə dəfə saxlanılıb. 10 noyabr 2018-ci ildə, bir il həbs cəzasına məhkum edildi. 2006-cı ilin iyun ayında azərbaycanlı türklərin “irqçiliyin əleyhinə kütləvi etiraz aksiyası” zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Fərzad Əsəd Purun məzarı üzərindən mühazirə vasitəsilə sistemə qarşı təbliğat aparmaqda ittiham olunur.

İranın Azərbaycan əyalətinin Ərdəbil şəhərində yerləşən təhlükəsizlik işçiləri 10 fevral 2019-cu il tarixində Mortaza Parvin, Mehdi Doostdar, Rahim Norouzi, Əli Vaseghi və Mazaher Maali kimi azərbaycanlı türk fəallarının evlərini və iş yerlərini araşdırıblar. Bu, görkəmli azərbaycanlı fəal Abbas Lesani-nin dəstəyi ilə şəhər divarlarına şüarlar yazılması ilə bağlı idi. Bu aktivistlər bir neçə dəfə təhlükəsizlik və məhkəmə orqanları tərəfindən təzyiqlərə məruz qalıb və nəzarətdə olublar. Onlar həmçinin Babək Qalasının illik toplantılarında 2018-ci ilin iyun ayında həbs olunublar.

18 oktyabr 2018-ci ildən etibarən azərbaycanlı türk fəal Hanım Hakimeh Əhmədi həbsdədir. Şərqi Azərbaycan əyalətinin Marand şəhərindəki İran İslam İnqilabçı Qəyyumlar Kolordu Kəşfiyyat Xidməti tərəfindən hələ də sorğulanır. O, “milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək” və “qeyri-qanuni qrup yaratmaq” ilə ittiham olunur. 3 noyabr 2018-ci ildə ağır fiziki və psixoloji işgəncə və sorgulama sessiyaları və sərt həbs şəraitində baş verən qabırğa və barmaq yaralanmaları səbəbi ilə xəstəxanada müalicə olundu.

14 yanvar 2019-cu ildə azərbaycanlı türk fəal Məhəmməd Dorosti İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində İran İnqilab Məhkəməsinin birinci filialı tərəfindən altı ay müddətinə azadlıqdan məhrum edilib. O, “Dövlətə qarşı təbliğat” ilə ittiham olunub. 9 dekabr 2019-cu ildə İran Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə əlaqədar bir broşura yayarkən həbs olunub. İran Demokratik Partiyası 12 yanvar 1945-ci ildə Təbrizdəki Azərbaycan Milli Hökumətinin şimal-qərbdə 1946-cı il dekabrınadək tanınmayan qısamüddətli dövlət olduğunu elan etdi. O vaxtlar İran xalqı öz siyasi və mədəni hüquqlarıbdan istifadə edə bilirdi.

2 fevral 2019-cu ildə Şərqi Azərbaycan vilayətinin apelyasiya məhkəməsi 2018-ci il oktyabrın 10-da həbs edilmiş azərbaycanlı fəal Məhəmməd Abdolmohammad-Zadəni 27 ay müddətinə azadlıqdan məhrum edilməsini təsdiqlədi. O, “Ali Liderə təhqir” ittihamına görə 15 ay müddətinə və “dövlətə qarşı təbliğat” etmək üçün 12 ay müddətinə azadlıqdan məhrum edilib.

Ölüm cəzası (İranın Azərbaycan bölgəsində məhkum edilmişlər):

Aşağıdakı 18 İrandan olan Azərbaycanlı məhbus ömürlük həbs cəzasına və ya edama məhkum ediliblər:

  • Cinayətdə ittiham olunan Kərim Moşbebi, 19 Yanvar 2019-cu ildə Təbriz Mərkəzi həbsxanasında edam edilib.
  • Cinayətdə ittiham olunan 38 yaşlı Amir Nosrat Xah 23 Yanvar 2019-cu ildə Zəncan Həbsxanasında edam edilib.
  • Narkotik maddələrin paylanması şəbəkəsində fəaliyyət göstərməkdə ittiham olunan və İran höküməti tərəfindən adları nəşr olunmayan 5 məhbus 2 yanvar 2019-cu il tarixli rəsmi xəbər əsasında Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində edam edilib.
  • Cinayətdə ittiham olunan Qərbi Azərbaycan vilayətinin Miandoab şəhərindən olan 62 yaşlı Zaman Rezayie, 31 dekabr 2018-ci ildə Urmiya Mərkəzi həbsxanasında edam edilib.
  • Qərbi Azərbaycan əyalətindəki Naghadeh şəhərindən Yunes Azizi narkotik maddələrlə bağlı ittiham olunaraq, 10 dekabr 2018-ci ildə Urmiya həbsxanasında edam edilib.
  • 9 dekabr 2019-cu ildə yayımlanan rəsmi xəbərə əsasən Qazvin şəhərində qanunsuz cinsi əlaqə və soyğunçuluqda ittiham olunan başqa bir şəxs, öldürülüb.
  • Soran Rəşid Zahedi, 33 yaşlı İraq vətəndaşı, adam öldürməklə günahlandırdı, 6 Noyabr 2018-ci ildə Zanjan Mərkəz Həbsxanasında edam edildi. O, İranda 28 il yaşamışdı.
  • Cinayətdə ittiham olunan 28 yaşlı Meisam Saber, 21 Oktyabr 2018-ci ildə Ərdəbil həbsxanasında edam edilib.
  • Qərbi Azərbaycan vilayətinin Miyando-ab (Qoşaçay) şəhərindən 33 yaşlı Aslan Şirani qətllə ittiham olunaraq, 14 oktyabr 2018-ci ildə Şərqi Azərbaycan əyalətinin Marağhe həbsxanasında edam edilib.
  • 9 Oktyabr 2018-ci ildə Hamadan Həbsxanasında oğurluq və təcavüz etməklə günahlandırılan, Ramin Majidifar edam edilib.
  • Şərqi Azərbaycan əyalətinin Abhar şəhəri olan 38 yaşlı Həməd Vəlizadə 2 oktyabr 2018-ci ildə Qəzvin Mərkəzi həbsxanasında edam edilib.
  • Cənab Salman Xan-Alilu, Həsən Hacilu və 17 yaşı olanda ərini qətlə yetirməkdə ittiham olunan Zeynəb Sokanvand, hamısı 10 oktyabr 2018-ci ildə Qərbi Azərbaycan vilayətinin Urmiya Həbsxanasında edam edildi.

Tövsiyələr:

  •  İranda Azərbaycan Xalqının İnsan Hüquqları üzrə Assosiasiyası (AHRAZ) İran İslam Respublikası hökumətini İranda ən çox mkunlaşmış azlıq olan azərbaycanlıların mülki, siyasi, mədəni, linqvistik və azlıq hüquqlarına tam hörmət etməyə çağırır. Həmçinin, yuxarıda qeyd olunan hüquqlardan məhrum olan digər azlıq əhalilərin hüquqlarına da hörmət etməyə səsləyir.
  •  AHRAZ İran İslam Respublikası hökumətini irqçi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya, həmçinin 1967-ci ildə imzaladığı iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (ICESCR), 1968-ci ildə imzalanmış və 1975-ci ildə İran tərəfindən ratifikasiya olunmuş Mülki və Siyasi Hüquqlar haqqında Konvensiyaya (ICCPR) hörmət etməyə çağırır.
  •  AHRAZ İran İslam Respublikası hökumətini İşgəncəyə qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq üçün bütün şəxslərin müdafiəsi haqqında Bəyannaməsinə, habelə Birləşmiş Millətlər Təşkilatının həbsdə saxlanılan hər bir şəxsin müdafiəsi prinsiplərinə hörmət etməyə çağırır.
  •  AHRAZ İran İslam Respublikası hökumətini İranda yerləşən bütün həbsxana və cəzaçəkmə müəssəsələrində qalan dustaq və məhbuslara insani rəftara və onlara istər psixoloji təcavüz istərsə də fiziki cəza verməkdən çəkinməyə çağırır. 
  •  AHRAZ İran İslam Respublikası hökumətini ölüm cəzası tətbiq etməyə və yüzlərlə insanın həyatını sonlandırmaqla qalmayıb, psixoloji və iqtisadi cəhətdən İranda bir çox insanın həyatına təsir göstərən edam hallarına dərhal son qoymağa çağırır. 




Giriş:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*